Qiymətli kağızların qiymətinin dəyələndirilməsi


Qiymətləndirmənin məqsədləri:


Bütün növ qiymətli kağızlarının bazar dəyərinin müəyyən edilməsidir.Qiymətli kağızlarda nominallaşdırılmış maliyyə aktivlərinin və öhdəliklərin dəyərinin müstəqil qiymətləndirilməsi və şirkətin maliyyə qoyuluşlarının detallı təhlili-borcların, qiymətli kağızların, biznesdə iştirakın başqa formalarının bazar dəyərinin müəyyənləşdirilməsinə, həmçinin bu qoyuluşların perspektivli gəlirliyini proqnozlaşdırmaq imkanı yaradır.Bu növ qiymətləndirmə adatən biznesin qiymətləndirilməsi xidmətinin əsas hissəsidir.
Qiymətli kağızların qiymətləndirilməsinə emitent – müəssisənin hazırkı fəaliyyətinin və perspektivlərinin dərin maliyyə, təşkilati və texnoloji təhlili daxildir.Qiymətləndirmə maksimal dəqiq nəticə almaq üçün yanaşmalar və metodlardan istifadə edilərək dəyərin hesablanması ilə aparılır.

 


Qiymətli kağızların qiymətləndirilməsi üçün lazım olan sənədlər:


-Hüquqi şəxsin Dövlət qeydiyyatı haqqında şəhadətnaməsi;
-Nizamnamə;
-Qiymətli kağız sahiblərinin reyestrindən çıxarış;
-Son beş ilin maliyyə hesabatları (son bir ilin rüblər üzrə);
-Təşkilatın uçot siyasəti;
-Balansın maddələrinin açıqlanması: əsas vəsaitlər (daxil edilmə tarixi, ilkin və qalıq dəyəri, bir ayın amortizasiya məbləği, son qiymətləndirmə tarixi), qeyri – maddi aktivlər, qısamüddətli və uzunmüddətli maliyyə qoyuluşları, debitor borcları (ümidsizləri ayırmaqla və 100 ən böyük debitorların borclarının həcmi ilə siyahısı), qısamüddətli və uzunmüddətli kreditlər və borclar (şərtlər və ödəniş qrafiki ilə);
- Mədaxil (fəaliyyət növləri üzrə) və maya dəyəri ( məxaric maddələri üzrə);
- Əsas təchizatçıların və alıcıların siyahısı;
- Şirkətin inkişaf planları (biznes – plan, maliyyə planları);
- Şirkətin təsviri (inkişaf tarixi, istehsal gücü, məhsulların nomenklaturası);
- Müəssisənin təşkilati strukturu;
- Keçirilən audit yoxlamaları barədə məlumatlar;
- Nəznində olan şirkətlər barədə məlumatlar;
- Əsas rəqibləri.