Nəqliyyat vasitələrinin sığortası təminatı üzrə baş verən hadisələr üzrə sığorta ekspertizası


Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən, sığorta olunmuş nəqliyyat vasitəsinə dəyən və aşağıda sadalanan sığorta risklərinin səbəb olduğu itki və ziyanlar məbləğinin sığorta ekspertizası aparılır.


- Yol nəqliyyat hadisəsi (toqquşma, aşma, düşmə, toxunma, vurulma);
- Yanğın, öz-özünə alışma, həmçinin ildırım vurması və partlayış;
- Təbii fəlakətlər (zəlzələ, vulkan püskürməsi, yer sürüşməsi, tufan, fırtına, qasırğa, sel və daşqın və s.);
- Oğurluq və üçüncü şəxslərin digər qeyri-qanuni qərəzli hərəkətləri;
- Daşların dəyməsi və ya üzərinə əşyaların düşməsi və s.

 


Lazım olan sənədlər


- Səlahiyyətli dövlət orqanı tərəfindən sənədlər (forma №3, forma №4, inzibati xəta protokolu, hadisənin sxemi, tibbi müayinə protokolu, izahatlar);
- Nəqliyyat vasitəsinin texniki passportunun surəti;
- Əgər nəqliyyat vasitəsini kənar şəxs idarə etmiş olduqda, notarial qaydada təsdiq olunmuş etibarnamənin surəti;
- Hadisəyə səbəb olan digər nəqliyyat vasitəsinin sığorta şəhadətnamələrinin surəti, nəqliyyat vasitəsinin texniki pasportu, nəqliyyat vasitəsini idarə edənin sürücülük vəsiqəsinin surəti, şəxsiyyəti təsdiq edən sənəd və nəqliyyat vasitəsini idarə edənin ünvanı, əlaqə telefonu;
- Nəqliyyat vasitəsini idarə edən şəxsin müvafiq kateqoriyaya uyğun sürücülük vəsiqəsinin surəti;
- Sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta tələbi;
- Dəymiş zərər aktı.