Əmlak sığortası təminatı üzrə baş verən hadisələrin sığorta ekspertizası


Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən, sığorta olunmuş əmlaka dəyən və aşağıda sadalanan sığorta risklərinin səbəb olduğu itki və ziyanlar məbləğinin sığorta ekspertizası aparılır.


- Yanğın;
- Təbii fəlakət (fırtına, qasırğa, dolu, daşqın, sel, su basması, sürüşmə, torpaq çökməsi, zəlzələ, ildırım vurması və s.);
- Daxili su basma;
- Şüşə sınması;
- Oğurluq.

 


Lazım olan sənədlər

 


Yanğın


Səlahiyyətli dövlət orqanı tərəfindən hazırlanmış sənədlərin surəti
- Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surəti, texniki pasportunun surəti (və icarə müqaviləsinin surəti);
- Hadisənin cinayət tərkibli olub olmaması barəsində müstəntiq qərarı;
- Sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta tələbi;
- Dəymiş zərər aktı.


Təbii fəlakət (fırtına, qasırğa, dolu, daşqın, sel, su basması, sürüşmə, torpaq çökməsi, zəlzələ, ildırım vurması)


- Səlahiyyətli dövlət orqanı tərəfindən arayış;
- Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surəti, texniki pasportunun surəti (və icarə müqaviləsinin surəti);
- Sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta tələbi;
- Dəymiş zərər aktı.


Daxili su basma


- Sığortalanmış əmlaka üçüncü şəxsin mülkiyyətində olan əmlakdan su sızması nəticəsində zərər dəyərsə, polis dən arayış tələb ediləcəkdir;
- Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surəti, texniki pasportunun surəti (və icarə müqaviləsinin surəti);
- Sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta tələbi;
- Dəymiş zərər aktı.


Şüşə sınması


- Sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta tələbi;
- Şüşələrə dəymiş zərər aktı.


Oğurluq


- Sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta tələbi;
- Hadisənin baş verməsi barəsində səlahiyyətli dövlət orqanı tərəfindən arayış (cinayət işinin acılmasını təsdiq edən);
- Oğurluq zamanı binaya dəymiş zərər aktı və oğurlanmış əşyaların siyahısı.