İntellektual mülkiyyətin dəyərləndirilməsi


Qiymətləndirmənin məqsədləri:


Qeyri maddi aktivlərinin qiymətləndirilməsində ehtiyac, nizamnamə kapitalına daxil edilməsində, alqı satqı sazişi və ya intellektual mülkiyyətin istifadə edilməsi hüququnun lisenziya razılaşması bağlanıldıqda, kompensasiyanın həcminin müəyyənləşdirilməsində, həmçinin muhasibatlıqda qeyri- maddi aktivlərin dəyərinin dəyişməsində zamanı yaranır.

 


İntellektual mülkiyyət, əmtəə məhsulunda həyata keçirilərək, sahibkarı gələcək fayda ilə təmin edir və gələcək pul axınlarının həcminin dəyişməsinə öz təsirini göstərir. Gələcək pul axınlarının həcminin dəyişməsi aşağıdaki amillərdən asılıdır:

 

  1. Qiymətləndirilən qeyri - maddi aktivin səviyyəsi;
  2. Həmin qeyri - maddi aktivdən istifadə edən müəssisənin maliyyə imkanları və istehsalat gücü;
  3. Qeyri - maddi aktivin iştiraki ilə İstehsalatın çoxaldılması və məhsulların realizasiyası planları.

 


Təqdim olunan xidmətlər


-Məhsul nişanın qiymətləndirilməsi;
-İşqüzar adın qiymətləndirilməsi;
-Patentin qiymətləndirilməsi;
-Nou – hau qiymətləndirilməsi;
-Müəllif hüquqlarının qiymətləndirilməsi;
-Müxtəlif intellektual mülkiyyətlərin qanunsuz istifadəsi nəticəsində yaranan ziyanın qiymətləndirilməsi;
-MUBS hesabatı üçün qiymətləndirilmə.
Qiymətləndirmə keçirilən zaman qiymətləndiriciyə qiymətləndirilən obyektin keyfiyyət və kəmiyyət xarakteristikaları və səmərəli istifadəsi barədə məlumatlar vacibdir