Biznesin satış qiymətinin müəyənləşdirilməsi


Qiymətləndirmənin məqsədləri:


Yeni iqtisadi münasibətlər sistemi şəraitində biznesin alqı-satqısı prosesləri bazar münasibətlərinin inkişaf təzahürlərindən biri kimi çıxış edir. Bu baxımdan ölkədə son dövrlər özəlləşdirmə proseslərinin də geniş inkişaf dövrünü yaşaması biznesin qiymətləndirilməsi məsələlərinin aktuallığını yüksəltmişdir.

 


Bu baxımdan biznesin qiymətləndirilməsinin beynəlxalq təcrübədə daha çox təsadüf olunan məqsədlərinə aşağıdakıları aid etmək olar:


- Biznesin qiymətləndirilməsi onun səhmdarlarının və idarə heyətinin qurulmuş işin və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirməsi məqsədi daşıya bilər;
- Biznesin qiymətləndirilməsi menecerlərə biznesin dəyərini müəyyənləşdirmək, maliyyələşdirmə mənbələrinin genişləndirilməsi məqsədilə kənar investorlara müraciət imkanlarını dəqiqləşdirə bilər;
- Biznesin fəaliyyətinin nəticəsi olaraq, onun aktivlərinin dəqiq və livkid qiymətinin müəyyənləşdirilməsi qiymətləndirmənin məqsədlərindən biri hesab olunur;
- Biznesin restruktuzasiyası (ləğv edilməsi, birləşməsi, və s. hallarda) və əmlak mübahisələrinin həlli zamanı qiymətləndirmə ehtiyacları yaranır;
- Biznesin böhran dövründə idarəedilmə və müflisləşmə prosedurlarının təmin edilməsi.

 


Biznesin qiymətləndirilməsi üçün lazım olan sənədlər:


- Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz əmlakın Dövlət Reyestrində Çıxarış;
- Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz əmlakın Dövlət Reyestrində Daşınmaz əmlakın Texniki Pasportu;
- Müəssisə haqqında ümumi məlumatlar;
- Debitor və Kreditorlar haqqında məlumat;
- Əsas vəsatitlərin inventarizasiya aktı;
- Mənfəət və zərər haqqında hesabat;
- Balansın hesabatı.